Türk müdafiəçi “Aston Villa”da - rəsmi
11.02.2025 - 00:46
![Türk müdafiəçi “Aston Villa”da - rəsmi](https://apasport.az/storage/news/2025/february/11/big/67aa6637dfef767aa6637dfef8173922053567aa6637dfef567aa6637dfef6.jpeg)
Türkiyə Super Liqası təmsilçilərindən "Kasımpaşa"nın üzvü Yasin Özcan karyerasını İngiltərədə davam etdirəcək.
Apasport.az xəbər verir ki, "Aston Villa" türk futbolçunu transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
18 yaşlı mərkəz müdafiəçisi mövsümün sonunda yeni klubuna qoşulacaq.
"Aston Villa" gənc oyunçu üçün qarşı tərəfə 8 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, Yasin Özcan "Kasımpaşa"nın yetirməsidir. Futbolçu bu mövsüm İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 21 rəsmi matçda 1 assistlə yadda qalıb.
0
0