Türkiyə I Liqasında mübarizə aparan “Ankaragücü”nün yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, komanda təcrübəli mütəxəssis Mustafa Dalcıya tapşırılıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Ankaragücü” baş məşqçi ilə mövsümün sonuna kimi müqavilə imzalayıb.
Xatırladaq ki, I Liqa təmsilçisi bir müddət əvvəl çalışdırıcı Kemal Özdeşlə yollarını ayırmışdı.
Mustafa Dalcı əvvəl hansı komandaları çalışdırıb?
51 yaşlı mütəxəssis daha əvvəl “Sakaryaspor”, “Adana Dəmirspor”, “Gənclərbirliyi” klublarına rəhbərlik edib. Həmçinin o, 2020-21 illəri arasında 4 dəfə “Ankaragücü”nün uğurları üçün çalışıb.
“Ankaragücü”nün I Liqada hazırkı vəziyyəti
Qeyd edək ki, komanda 23 turdan sonra 30 xalla turnir cədvəlində 14-cü sırada qərarlaşıb.
- “Yuventus”dan yeni transfer - RƏSMİ
- “Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır
- Kanselo “Barselona”ya qayıdır – Portuqaliyalı İspaniyada
- Qakpo “Liverpul”u tərk edir – “Tottenhem”lə razılaşdı
- Rodrinin əvəzləyicisi tapıldı – “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir