Türkiyə I Liqa təmsilçisi “Amedspor” mərc oyunlarında iştirak etdiklərinə görə futboldan uzaqlaşdırılan 5 futbolçu ilə bağlı qərar qəbul edib.
Apasport.az xəbər verir ki, komanda cəza alan oyunçularla yollarını ayırıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, beş futbolçunun hər biri ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, Peşəkar Futbol İntizam Komitəsinin qərarına əsasən, “Amedspor”un futbolçularından Oktay Aydın 12 ay, Uğur Adem Gezer 6 ay, Arda Kemal Gülmez, Bartu Kaya və Alberk Koç isə hər biri 45 gün müddətinə futboldan uzaqlaşdırılıb.
- İbrahim Piriyev əməliyyat olunub
- İngiltərə millisində virus təhlükəsi - Rays heyətdən çıxarıldı
- Buaddi: “Mərakeşi seçdiyimə görə zərrə qədər peşman deyiləm”
- “Qalatasaray” fransalı futbolçu ilə razılaşdı - 27 milyon avroluq paket
- "Fənərbaxça" rəsmisi “Qalatasaray” nümayəndəsinin əlini sıxmadı - VİDEO