Türkiyə Kuboku: “Fənərbaxça”dan minimalhesablı qələbə
14.01.2026 - 23:29
Türkiyə Kubokunda II turun oyunları davam edir.
Apasport.az xəbər verir ki, C qrupunda “Fənərbaxça” səfərdə IV Liqa təmsilçisi “Beyoğlu” ilə qarşılaşıb.
Gərgin keçən oyunun taleyini 1 qol həll edib. Görüş "sarı-lacivərdlilər"in minimalhesablı qələbəsi ilə yekunlaşıb.
İstanbul təmsilçisinin yeganə qolunu 82-ci dəqiqədə Anderson Taliska vurub.
0
0