Türkiyə millisinin üzvü İtaliya A Seriyasında liderdir
25.12.2024 - 14:10
Türkiyə millisinin üzvü İtaliya A Seriyasında liderdir

"Transfermarkt" portalı İtaliya A seriyasının ən bahalı gənc futbolçularının siyahısını hazırlayıb.

Apasport.az xəbər verir ki, 21 yaşadək futbolçuların yer aldığı sıralamanın lideri "Yuventus"un türk oyunçusu Kenan Yıldızdır.

Türkiyə millisinin 19 yaşlı hücumçusunun qiyməti 45 milyon avrodur.

A seriyasının ən bahalı gənc futbolçuları aşağıdakılardır:

1. Kenan Yıldız ("Yuventus") - 45 milyon avro

2. Giorgio Skalvini (Atalanta") - 45 milyon avro

3. Santiaqo Kastro ("Bolonya") - 25 milyon avro

4. Matias Soul ("Roma") - 22 milyon avro

5. Patrik Dorqu ("Leççe") - 20 milyon avro

6. Niko Paz ("Komo") - 20 milyon avro

7. Yoan Bonni ("Parma") - 20 milyon avro

8. Maykl Kayode ("Fiorentina") - 18 milyon avro

9. Petro Komuzzo ("Fiorentina") - 15 milyon avro

10. Tomasso Baldanzi ("Roma") - 14 milyon avro

0