Türkiyə üçün fəlakət ssenarisi – DÇ macərası bitə bilər
15.06.2026 - 03:29
Türkiyə üçün fəlakət ssenarisi – DÇ macərası bitə bilər

DÇ-2026-da Türkiyə millisi üçün qrupdan çıxmaq şansı ikinci turdan sonra bitə bilər.

Apasport.az xəbər verir ki, bu, D qrupunda mümkün nəticələrdən sonra baş verə bilər.

ABŞ Avstraliyanı məğlub etsə, Türkiyə isə Paraqvaya uduzsa, “ay-ulduzlular” ikinci oyunların sonunda turnirlə vidalaşacaq.

Buna səbəb Dünya Kubokunda xal bərabərliyi zamanı ilk növbədə komandaların öz aralarındakı oyunların nəticəsinin əsas götürülməsidir.

Belə ssenaridə Türkiyə son turda ABŞ-a qalib gəlsə belə, qrupda Avstraliya və ya Paraqvayla mümkün xal bərabərliyində şəxsi oyun nəticələrinə görə geri qalacaq.

Qeyd edək ki, Türkiyə ilk turda Avstraliyaya 0:2 hesabı ilə məğlub olub. Komanda ikinci oyununu Paraqvaya qarşı keçirəcək.