Türkiyə - Uels matçının stadionu bəlli olub
16.07.2024 - 16:36
Türkiyə - Uels matçının stadionu bəlli olub

UEFA Millətlər B Liqasında mübarizə aparan Türkiyə millisinin Uels və Monteneqro ilə keçirəcəyi oyunların stadionları açıqlanıb.

Apasport.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb. 

Məlumata görə, milli 16 noyabr saat 21:00-da Kayseridəki Kadir Has stadionunda Uels yığması ilə qarşılaşacaq.

Millinin Monteneqro ilə səfərdə qarşılaşacağı matç isə paytaxt Podqoritsada keçiriləcək. Podqoritsa şəhər stadionunda baş tutacaq qarşılaşma noyabrın 19-u saat 23:45-də başlayacaq.

Türkiyə yığması 11 illik fasilədən sonra Kayseridə meydançaya çıxacaq. Milli daha əvvəl bu şəhərdə keçirdiyi 3 oyunun hamısında qalib gəlib.

2009-cu ildə Kayseridə Azərbaycanı 2:0, Estoniyanı 4:2 hesabı ilə məğlub edən Türkiyə 2013-cü ildə Andorranı 5:0 hesabı ilə məğlub etməyi bacarmışdı.

Qeyd edək ki, UEFA Millətlər B Liqasının 4-cü qrupunda yer alan "aypara-ulduzlular"ın qrupunda Uels və Monteneqro ilə yanaşı İslandiya da yer alıb.

0