Türkiyə millisinin iki aparıcı futbolçusu Almaniyaya qarşı yoldaşlıq, Uelslə AVRO-2024-ün seçmə mərhələ oyununu buraxacaq.
Apasport.az yerli federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, "Fənərbağça"dan yığmaya cəlb edilən Cengiz Ünder məşqçilərin qərarı ilə yekun heyətdə yer almayıb. 26 yaşlı hücumçu İstanbuldakı 4 günlük təlim-məşq toplanışında iştirak etmişdi.
İtaliya "İnter"ində çıxış edən Hakan Çalhanoğlu isə səhhəti ilə əlaqədar, həmçinin övladı dünyaya gələcəyi üçün düşərgədən ayrılıb.
Qeyd edək ki, Türkiyə millisi noyabrın 18-də səfərdə Almaniya ilə üz-üzə gələcək. Komanda üç gün sonra Uelsi qəbul edəcək.
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
- Okan Buruk: “Fənər”ə qarşı planlarımız həmişə işə yarayıb”