Türkiyəli hakimlər mərc bataqlığında: Prokurorluq cinayət işi üzrə araşdırmaya başladı
27.10.2025 - 17:37
Türkiyəli hakimlər mərc bataqlığında: Prokurorluq cinayət işi üzrə araşdırmaya başladı

Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlunun açıqlamalarından sonra İstanbul Respublika Prokurorluğu 2025-ci ilin aprel ayında futbol matçlarını idarə etmiş bəzi hakimlərin iştirak etdiyi iddia edilən mərc oyunları ilə bağlı araşdırmalara başlayıb. 

Apasport.az xəbər verir ki, bu barədə qurum bəyanat yayıb. 

Bəyanatda hakimlərin müəyyən edilməsi və “idmanda zorakılığın və nizam-intizamın qarşısının alınması haqqında”, “idman klubları və idman federasiyaları haqqında” və “idman və digər futbol yarışlarının təşkili haqqında” qanunun pozulması ilə bağlı iddiaların araşdırıldığı bildirilib. 

Qeyd edək ki, İbrahim Hacıosmanoğlu 371 hakimin mərc oyunları saytlarında öz adlarına hesablarının olduğunu və onlardan 152-nin aktiv mərc oynadığını açıqlamışdı