Üçüncü Liqada rekord: 40000 bilet satıldı
16.09.2024 - 14:13
Üçüncü Liqada rekord:  40000 bilet satıldı

Türkiyə Üçüncü Liqasında "Bursaspor" doğma meydanda "Plevnespor"u qəbul edib.

 Apasport.az xəbər verir ki, qarşılaşma azarkeşlər tərəfindən ciddi marağa səbəb olub. 

Belə ki, Bursa Yüzüncü Yıl Atatürk Stadionunda oynanılan bu matça 40 min bilet satılıb.

"Bursaspor" izləyiciləri 3-cü Liqada tamaşaçı rekordu qırıb.

Qeyd edək ki, qarşılaşma ev sahiblərinin 3 cavabsız qolu ilə yekunlaşıb. 

0