"Udineze"də fransalı müdafiəçi
01.10.2024 - 21:33
"Udineze"də fransalı müdafiəçi

“Udineze” heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, İtaliya təmsilçisi Umar Soleni rənglərinə bağlayıb. 

Bunu klubun mətbuat xidməti açıqlayıb. 24 yaşlı fransalı müdafiəçi "ağ-qaralar"a azad agent kimi keçib.

Onunla 2027-ci ilin iyununa qədər müqavilə imzalanıb. Lakin o, yeni komandasında 2025-ci ilin yanvarından erkən çıxış edə bilməyəcək.

Qeyd edək ki, Solenin son klubu "Zalsburq" olub.

0