UEFA "Qarabağ"ın rəqibini cərimələyib
26.07.2025 - 18:56
UEFA "Qarabağ"ın rəqibini cərimələyib

Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan İrlandiyanın “Şelburn” klubu UEFA tərəfindən cəzalandırılıb.

Apasport.az xəbər verir ki, Şimali İrlandiyanın “Linfild” komandası ilə Çempionlar Liqasının təsnifat mərhələsinin 1-ci mərhələsinin ilk oyununda azarkeşlər Dublindəki “Tolka Park” stadionunun keçidlərini bağladıqları üçün İrlandiya çempionu 4000 avro (təxminən 8000 manat) ödəyəcək.

Xatırladaq ki, “Qarabağ” “Şelburn”la ilk görüşdə 3:0 hesablı qələbə qazanıb.

Komandalar arasında cavab oyunu iyulun 30-da Bakıdakı Tofiq Bəhramov adına stadionda keçiriləcək və görüşə saat 20:00-da start veriləcək.