UEFA “Yuventus”a təzminat ödəyəcək
16.11.2024 - 17:22
“Yuventus” Kolumbiya millisində zədələnən Xuan Kabal üçün UEFA-dan təzminat alacaq.
Apasport.az xəbər verir ki, 2026-cı ildə keçiriləcək Dünya Çempionatının seçmə mərhələsi üçün Kolumbiya millisinə dəvət alan Xuan Kabal, oyun öncəsi təlim-məşq toplanışında zədələnib. 23 yaşlı futbolçunun çarpaz bağları qopub.
Buna görə, UEFA rəsmiləri oyunçu üçün “qoca sinyora”ya 1.7 milyon avro ödəniş etməli olacaq.
Qeyd edək ki, 23 yaşlı Kabal “Yuventus”a mövsümün əvvəlində 12 milyon avro qarşılığında “Verona”dan transfer edilmişdi.
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
- Ronaldo özünü “xəyanətə uğramış” hiss edir – Jezuş yalan danışıb
0
0