UFC prezidenti Dana Vayt yüngül çəkidə kəmər uğrunda baş tutacaq görüş barədə açıqlama verib.
Apasport.az xəbər verir ki, Vayt kəmər matçına çıxmadığı üçün narazı olan və buna etiraz edən Arman Tsarukyan haqda da danışıb.
"Kəmər matçında Pedi Pimlet və Castin Geyci döyüşəcək. Onların yerinə niyə Tsarukyana böyük oyunu vermədik? Buna çox da məyus olmadım. Yüngül çəkidə 1-ci yerdə olması vecimə belə deyil. Öz işiylə məşğul olsun".
Dana Vayt Armanın onu daha əvvəl pis vəziyyətdə qoyduğunu və UFC 311 gecəsini unutmadığını bildirib:
"Ona daha əvvəl bu şansı vermişdik. Amma o neylədi? Döyüşə 1 gün qalmış kürəyim ağrıyır deyib, UFC 311 üçün nəzərdə tutduğumuz görüşdən imtina etdi. Nəticədə Moikanonu razı saldıq və döyüşə 1 gün qalmış İslam Maxaçevlə rinqə çıxdı".
Qeyd edək ki, Arman Tsarukyan UFC yüngül çəki sıralamasında 1-ci yerdə olmasına baxmayaraq, çempionluq uğrunda kəmər matçı üçün nəzərdə tutulmayıb. Yanvarın 25-i UFC 324 kəmər döyüşü çərçivəsində rinqə çıxacaq Geyci 4, Pimlet 5-ci sıradadır. Son çempion İlia Topuriyanın çəkisini qaldırdıqdan sonra boşa çıxan kəmərin yeni sahibi məhz 2 döyüşçüdən biri olacaq.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi