Uruqvay millisinin DÇ-2026-dakı uğursuz çıxışı federasiyanın sərt qərarı ilə nəticələnib.
Apasport.az xəbər verir ki, Uruqvay Futbol Federasiyası komandanın dünya çempionatından erkən kənar qalmasından sonra xüsusi təyyarə planını ləğv edib.
Charquero-nun məlumatına görə, mundialdan sonra yığma üzvləri üçün nəzərdə tutulan çarter reysi olmayacaq. Futbolçular ölkələrinə kommersiya reysləri ilə qayıdacaqlar.
Bu qərar Uruqvayın turnirdəki uğursuz çıxışına verilən reaksiya kimi dəyərləndirilir.
Qeyd edək ki, Uruqvay H qrupunda 2 xal toplayıb və sonuncu pilləni tutaraq dünya çempionatında mübarizəni dayandırıb.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi