[b]“Uypeşt”in hücumçusu: Bu amillər işimizi daha da çətinləşdirirdi[/b]
13.07.2018 - 10:03
[b]“Uypeşt”in hücumçusu: Bu amillər işimizi daha da çətinləşdirirdi[/b]

“Cavab görüşü öncəsi “Neftçi”nin böyük üstünlüyü var. Amma özümüzə inanmalı və növbəti matçda qalib gəlməliyik”. Apasport.az saytının məlumatına görə, bunu “Uypeşt”in hücumçusu Soma Novotnı deyib.

 

Avropa Liqasının I təsnifat mərhələsində “Neftçi”nin qonağı olan Macarıstan təmsilçisi meydanı 1:3 hesablı məğlubiyyətlə tərk edib.

 

Qarşılaşmadan sonra fikirlərini bildirən Novotnı səfər zamanı yaranan problemin onlara çətinlik yaratdığını söyləyib: “İlk qolu biz vursaq da, sonradan “Neftçi” matça dominantlıq etməyə başladı, üstünlüyü ələ aldı. Bizim üçün çox çətin oldu. Çünki səyahətimiz elə də asan keçməmişdi, bəzi çətinliklərlə üzləşmişdik. Fiziki durumumuz qaydasındadı. Sadəcə, 8 saatlıq yol qət etməyimiz öz təsirini göstərdi. Havada məşq keçə bilməmişdik. Səfərdə baş verən problemlə bağlı əlavə nəsə demək istəmirəm. Çünki klubum bundan narahat ola bilər. Birinci dəfə idi belə istidə futbol oynayırdıq. Üstəlik, qarşılaşmadan bir gün əvvəl məşq keçə bilməmişdik. Bu amillər işimizi daha da çətinləşdirirdi. Macarıstanla müqayisədə buranın havası çox istidi. Ancaq deməzdim ki, nəticəyə əsas səbəb məhz bu oldu. Sadəcə, “Neftçi” bizdən yaxşı idi”.

 

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu iyulun 19-da Macarıstanda keçiriləcək.

0