Van Bronkhorstdan “Beşiktaş” açıqlaması: "ORADA SÖZÜM KEÇMİRDİ"
17.12.2024 - 18:23
“Beşiktaş”ın sabiq baş məşqçisi Covanni Van Bronkhorst ölkəsi Niderlandda bir sıra açıqlamalar verib.
Apasport.az xəbər verir ki, təcrübəli çalışdırıcı verdiyi müsahibədə klub əleyhinə fikirlər səsləndirib.
O, heyəti özünün müəyyənləşdirmədiyini söyləyib:
“Start 11-liyini Samet Aybaba və klub prezidenti seçirdi. Orada mənim sözüm keçmirdi. Öz düşüncələrimi əks etdirə bilmirdim. Müəyyən vaxtdan sonra oyunçular mənə hörmət göstərməməyə başladı. Və bu vəziyyət qarşısında ayrılmağım öz qərarım idi”.
Qeyd edək ki, Van Bronkhost “qara qartal”dan noyabrın 30-da istefa verib.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
1
0