
“Beşiktaş”ın sabiq baş məşqçisi Covanni Van Bronkhorst ölkəsi Niderlandda bir sıra açıqlamalar verib.
Apasport.az xəbər verir ki, təcrübəli çalışdırıcı verdiyi müsahibədə keçmiş klubu ilə haqqında çıxan şaiyələrə münasibət bildirib.
Təcrübəli mütəxəssis "Feyenoord"un planları daxilində olmadığını dilə gətirib:
“Feyenoord” ilə yaşadığım çempionluqlar hələ də mənim üçün unudulmazdır. Lakin komandaya qayıtmaq kimi bir fikrim yoxdur. Hazırda "Feyenoord"a rəhbərlik etməyi düşünmürəm”.
Baş məşqçi həmçinin klubdan ona təklif gəlib-gəlmədiyi haqqında məlumat verib:
“Xeyr. Belə bir təklif gəlməyib”.
Qeyd edək ki, hollandiyalı mütəxəssis 2015-19-cu illərdə “Feyenoord”a rəhbərlik edib. Komanda onunla birlikdə 1 liqa, 2 ölkə kuboku və 2 dəfə superkubokun qalibi olub.
- Rafa Silva “Əl-Əhli”nin transfer hədəfindədir
- “Çelsi” Jorjinyo Rutter transferi üçün hərəkətə keçib
- Ederson Premyer Liqaya keçə bilər – “Mançester Yunayted” əsas namizəddir
- Səudiyyə Ərəbistanı təmsilçisi Vinisiusdan əl çəkmir – Braziliyalı ulduz getmək istəmir
- Almaniyalı qapısını tərk edib komanda yoldaşlarına kömək etdi - VİDEO