Van de Beek “Mançester Yunayted”ə qayıdacaq
13.05.2024 - 13:16
Van de Beek “Mançester Yunayted”ə qayıdacaq

Bundesliqa təmsilçilərindən “Ayntraxt Frankfurt”da icarə əsasında oynayan yarımmüdafəçi Donni Van de Beek mövsümün sonunda Almaniya klubundan ayrılacaq.

Apasport.az xəbər verir ki, Donni Van de Beek “Mançester Yunayted”ə qayıdacaq. İngiltərə klubu yarımmüdafiəçini yay “transfer pəncərəsi”ndə satışa çıxaracaq. 

Qeyd edək ki, “Transfermarkt” portalı oyunçunun dəyərini 7 milyon avro olaraq qiymətləndirir. 

0