Vieyra İtaliya klubunu çalışdıracaq
19.11.2024 - 17:26
İtaliya A Seriya təmsilçilərindən “Cenoa” klubunda baş məşqçi Alberto Cilardino ilə yollar ayrılacaq.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Mütəxəssis komandanın uğursuz çıxışına görə istefaya göndəriləcək.
“Cenoa”da Cilardinonu əvəzedəcək şəxs də artıq məlumdur. Bu posta fransalı mütəxəssis Patrik Vieyra təyin olunacaq.
Komanda A Seriyasında 12 oyundan sonra 17-ci sıradadır.
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu
0
0