Vlahoviç Bundesliqa klubunun radarında
13.10.2025 - 00:17

“Yuventus”un hücumçusu Duşan Vlahoviç karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, “Bavariya” serbiyalı forvardı transfer siyahısına daxil edib.
Mənbənin məlumatına görə, Münhen klubunun nümayəndələri Vlahoviçin “qoca sinyora”dakı vəziyyətini yaxından izləyir.
Əgər Turin təmsilçisi onunla yeni müqavilə imzalamasa, “Bavariya” növbəti yayda 25 yaşlı hücumçunu azad agent kimi heyətinə qatmağa çalışacaq.
Qeyd edək ki, Duşan Vlahoviç cari mövsümdə A Seriyasında keçirdiyi 6 oyunda 2 qolla yadda qalıb.
0
0