"Yuventus"un hücumçusu Duşan Vlahoviç karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, "Arsenal" serbiyalı futbolçunu transfer etmək istəyir.
Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
"Topçular" Vlahoviçi yayda heyətinə qatmağı planlaşdırır.
Premyer Liqa təmsilçisi 25 yaşlı forvard üçün tələb etdiyi 25 milyon funt-sterlinqi gözdən çıxarıb.
Xatırladaq ki, "Yuventus" Duşan Vlahoviçi 2022-ci ilin yanvar ayında "Fiorentina"dan transfer edib.
Qeyd edək ki, Serbiya millisinin üzvü bu mövsüm "qoca sinyora"nın heyətində meydana çıxdığı 34 rəsmi matçda 14 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
- Türkiyə futbolunda qalmaqal böyüyür – TFF-dən MHK açıqlaması
- "Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı