Volkan Demirelin yeni iş yeri bəlli olub
11.08.2024 - 12:56
Volkan Demirelin yeni iş yeri bəlli olub

Ötən mövsümü "Hatayspor"un baş məşqçisi kimi keçirən Volkan Demirelin yeni iş yeri bəlli olub.

Apasport.az xəbər verir ki, sabiq futbolçu bundan sonra futbol şərhçisi kimi fəaliyyət göstərəcək.

O, "TV 100" kanalında Ersin Düzenin aparıcısı olduğu proqramda çalışacaq.

Qeyd edək ki, onunla bərabər verilişdə olacaq adlar sırasında Tümer Metin və Ümit Karan da var.

0