10-cu çempionluq
11.04.2016 - 09:23
10-cu çempionluq

2016/17 mövsümündə Çempionlar Liqasında çıxış edəcək daha bir komanda müəyyənləşib. Apasport.az saytının məlumatına görə, qitənin ən nüfuzlu klub turnirində Uelsi TNS klubu təmsil edəcək.

 

Ölkə çempionu titulunu sona iki tur qalmış təmin edən TNS bunu ən yaxın izləyicisini məğlub etməklə rəsmiləşdirib. “Bala Taun”u 2:0 hesabı ilə yenən çempion 30 turdan sonra xal hesabını 61-ə çatdırıb.

 

İzləyicisindən 8 xal öndə qərarlaşan TNS ardıcıl 5-ci, ümumilikdə 10-cu dəfə ölkə çempionu adına yiyələnib.