10-cu dəfə “üçlük”də
03.12.2016 - 16:06
10-cu dəfə “üçlük”də

Argentina millisinin və İspaniya “Barselona”sının futbolçusu Lionel Messi 10-cu dəfə dünyanın ən yaxşı futbolçusu nominasiyasının “üçlüy”ündə yer alıb. Apasport.az saytının məlumatına görə, FİFA-nın təsis etdiyi mükafat uğrunda Kriştianu Ronaldo və Antuan Qrizmannla mübarizə aparacaq cənubi amerikalı artıq 9 dəfə ən yaxşı 3 oyunçudan biri olub.

 

Bunlardan üçü FİFA-nın “İlin futbolçusu” sorğusunda olubsa, sonrakı 6 uğur qurumun “France Football”la birgə verdiyi “Qızıl top” səsverməsində gerçəkləşib. Messi 5 dəfə 1-ci (2009, 2010, 2011, 2012, 2015), 4 dəfə 2-ci (2007, 2008, 2013, 2014) yeri tutub. 10-cu dəfə bu siyahıya düşən argentinalı kişi futbolçular arasında rekordçudu.

 

Qeyd edək ki, mütləq rekord braziliyalı xanım futbolçu Martaya məxsusdu. 12-ci dəfə namizəd “üçlük”də yer alan cənubi amerikalı 5 dəfə 1-ci, 4 dəfə 2-ci, 2 dəfə 3-cü olub.