109 oyunluq möhtəşəm seriya sona çatdı
11.09.2016 - 17:55
109 oyunluq möhtəşəm seriya sona çatdı

Zaqreb "Dinamo”sunun daxili çempionat görüşlərində evdə 109 oyunluq qələbə seriyası nəhayət qırılıb. Apasport.az saytının məlumatına görə, Zlatko Krançarın komandasının ardıcıl uğurlarına Xorvatiya Birinci Liqasının "Osiyek"lə matçında son qoyulub.

 

Görüşün 2-ci dəqiqədə Yosip Knejeviçin vurduğu qol qarşılaşmada yeganəolub və stadiona toplaşmış yerli azarkeşləri məyus edib - 0:1.

 

18 qat Xorvatiya çempionu olan “Dinamo” “Osiyek” məğlubiyyətinə qədər 109 ev oyununda 96 qələbə, 13 bərabərliyə nail olmuşdu.

 

Qeyd edək ki, zaqreblilər doğma azarkeşlərin gözü önündə sonuncu dəfə 2010-cu ilin iyulunda “Riyeka”ya uduzmuşdu.