13-cü çempionluq
15.10.2016 - 14:37
Belarus çempionunun adı məlum olub. Apasport.az saytının məlumatına görə, BATE 13-cü dəfə qızıl medalları qazanmasını təmin edib.
Bu, XXV turda rəsmiləşib. Turun ilk günündə “Qranit”i 1:0 hesabı ilə məğlub edən Borisov təmsilçisi 30 turluq marafonun qalibi olub.
Belə ki, 63 xala malik BATE 6 oyun az keçirən “Şaxtyor”u 18 xal qabaqlayır. Şəxsi oyunlardakı üstünlük isə çempionluğun təmin edilməsi üçün kifayət edib.
Qeyd edək ki, 13 qat Belarus çempionu olan BATE ardıcıl 11-ci dəfə ən yaxşı olub.
0
0