15 günə 15 oyun
19.05.2015 - 12:14
15 günə 15 oyun

“Şuşa Qarabağ”ın baş məşqçisi Nadir Qasımov 15 gün ərzində ikinci dəfə ağır cəzaya məruz qalıb. Apasport.az saytının məlumatına görə, AFFA İntizam Komitəsi (İK) ona yenə sanksiya tətbiq edib.

 

Azərbaycan I divizionunun XXVIII turu çərçivəsində “Kəpəz”lə ev matçı bitdikdən sonra cəzalı olduğu halda meydançaya daxil olan Qasımov geniş kütlə qarşısında hakimlər briqadasına qarşı təhqiramiz ifadələr işlədib. Buna görə İK “Şuşa Qarabağ”ın baş məşqçisinin 10 oyun stadiona girişinə qadağa qoyub, kluba isə 2000 manat cərimə kəsib.

 

Qeyd edək ki, “Qaradağ Lökbatan”la XXVI tur qarşılaşmasında da hakimlər briqadasını təhqir edən Nadir Qasımov İntizam Komitəsinin mayın 5-də keçirdiyi iclasda 5 oyunluq diskvalifikasiyaya məruz qalmışdı.