29-cu çempionluq
04.04.2016 - 09:37
29-cu çempionluq

Macarıstan çempionu bəlli olub. Apasport.az saytının məlumatına görə, XXVII turda “Debretsen”lə səfər oyununda 1:2 hesabı ilə uduzan Budapeştin "Ferensvaroş" klubu 1-ci yeri təmin edib.

 

Buna liderin ən yaxın izləyicisi MTK-nın “Paksi”yə 1:4 hesabı ilə yenilməsi səbəb olub. 27 oyunda 65 xal toplayan “Ferensvaroş” rəqibi üçün əlçatmaz olub. Belə ki, 26 matç keçirən 43 xal toplayıb. 7 oyunu qalan MTK 22 xallıq fərqi aradan qaldıra bilməyəcək.

 

Sonuncu dəfə 12 il əvvəl - 2003/04 mövsümündə çempion adını qazanan paytaxt klubu tarixində 29-cu dəfə Macarıstanın ən yaxşısı olub. Bu. “Ferensvaroş”a Çempionlar Liqasının II təsnifat mərhələsinə vəsiqə verib. Macarıstan çempionu bu raunda Azərbaycan klubunun potensial rəqibi olacaq.