3.5 milyon istədilər, “Qalatasaray” razılaşmadı
15.12.2016 - 22:24
3.5 milyon istədilər, “Qalatasaray” razılaşmadı

“Qalatasaray” “Spartak”ın müdafiəçisi Salvatore Bokettini transfer etmək fikrindən daşınıb. Apasport.az saytının məlumatına görə, buna səbəb tərəflərin maliyyə məsələsində razılaşmamasıdır.

 

Belə ki, Moskva təmsilçisi 30 yaşlı oyunçu üçün “sarı-qırmızılılar”dan 3.5 milyon avro tələb edib. Türklər isə bu təklifi qəbul etməyib.

 

Qeyd edək ki, Boketti ilə “Spartak” arasındakı müqavilə 2018-ci ildə sona çatacaq.