34 yaşlı futbolçu Premyer Liqada klub dəyişdi
07.06.2017 - 00:27
Cermeyn Defonun yeni klubu bəlli olub. Apasport.az saytının məlumatına görə, son mövsümü “Sanderlend”də keçirən hücumçu yenə Premyer Liqada oynayacaq.
34 yaşlı oyunçu karyerasına “Bornmut”da davam edəcək. Bu barədə o, özü BBC-yə açıqlamasında məlumat verib.
Qeyd edək ki, İngiltərə millisinin üzvü son mövsümdə 37 oyunda 15 qol vurub.
0
0