40 ildən sonra ilk dəfə
15.10.2016 - 02:12
40 ildən sonra ilk dəfə

Fransa Liqa 1 “Nitsa” sürprizi davam edir. Apasport.az saytının məlumatına görə, həmişə birinciliyin ortabablarından biri olan komanda bu mövsümün startından bəri ardıcıl 9 oyundu ki, məğıub olmur.

 

Komanda bu görüşlərin sadəcə ikisində xal itirib, digər 7 oyunda isə 3 xal aktivə yazılıb.

 

Maraqlıdı ki, sonuncu dəfə 1975/76 mövsümündə çempionata belə start verən komanda düz 40 il sonra yenidən azarkeşlərini sevindirir.