[b]5 kluba 4400 manatlıq cərimə[/b]
30.11.2016 - 14:28
[b]5 kluba 4400 manatlıq cərimə[/b]

AFFA İntizam Komitəsinin bu gün növbəti iclası keçirilib. Apasport.az saytının məlumatına görə, iclasda Topaz Premyer Liqasının XIII turunun matçlarında qeydə alınan neqativ hallar hüquqi qiymətini tapıb.

 

AZAL – “Sumqayıt” matçında 4 futbolçusu sarı vərəqə alan qonaq komanda 800 manat cərimə olunub. “Tayyarəçilər”in oyunçusu Adan Koronado 85-ci dəqiqədə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, kluba 200 manat ziyan vurub.

 

“Zirə” – “İnter” oyununda hər iki komandanın 4 oyunçusu sarı vərəqə ilə cəzalandığından, paytaxt təmsilçilərinin hərəsinə 800 manat cərimə kəsilib. Qarşılaşmanın 66-ci dəqiqəsində ikinci sarı vərəqə ilə meydançadan qovulan “bankirlər”in müdafiəçisi Adrian Skarlatake 1 oyunluq diskvalifikasiyaya məruz qalıb, klub əlavə 200 manat cərimə olunub.

 

“Kəpəz” – “Neftçi” görüşündə isə meydan sahibi klub əsasnaməyə uyğun olaraq qonaq komandanın qəbulunda üzərinə düşən öhdəlikləri tam yerinə yetirmədiyi üçün 1600 manat cərimələnib.