Arturo Vidal azarkeşlərə səsləndi
18.07.2015 - 21:50
Arturo Vidalın “Yuventus”u tərk edəcəyi artıq dəqiqləşib. Apasport.az saytının məlumatına görə, çilili futbolçu bu barədə şəxsi “instagram” hesabından paylaşım edib.
Növbəti mövsümdən “Bavariya”da çıxış edəcəyi gözlənilən Vidal azarkeşlərlə vidalaşıb:
“Hamınıza təşəkkür edirəm. Bu, karyeramın ən gözəl mövsümü oldu. “Yuventus” azarkeşləri daim qəlbimdə olacaq. Sizdən ötrü darıxacam”.
Qeyd edək ki, Vidal daha öncə də Almaniya Bundesliqasında çıxış edib. O, 2007-11-ci illərdə Leverkuzenin "Bayer" klubunda forma geyinib.
- Mourinyo "El-Klasiko" haqda: "Problem deyil, öhdəsindən gələcəyik”
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
0
0