Azərbaycan Premyer Liqasının 28-ci turunda keçirilən "Qəbələ" - "İnter" matçında qapılara top vurulmadı - 0:0. Apasport.az saytının məlumatına görə, qarşılaşmadan sonra "qırmızı-qaralar"ın baş məşqçisi Roman Qriqorçuk təşkil olunan mətbuat konfransında fikirlərini bölüşüb.
Ukraynalı çalışdırıcı sözlərinə son günlərdə cəbhədə baş verən hadisələr barədə danışmaqla başlayıb:
- Cəbhədə baş verənlədən xəbərdaram. Futbol haqqında danışmaq çox çətindi. Çünki futboldan daha vacib məsələlər var. Şəhid olmuş bütün övladların ailəsinə və Azərbaycan xalqına başsağlığı verirəm. Belə gündə hər nə haqda danışsaq, ağırdı.
- Elədisə, futboldan danışmayaq...
- Mən sizinlə razıyam.