“Qəbələ”nin Avropa Liqasındakı rəqiblərindən olan “Sent-Etyen” ciddi itki ilə üzləşib. Apasport.az saytının Fransa mətbuatına istinadən məlumatına görə, komandanın aparıcı futbolçularından Romen Amuma sıradan çıxıb.
Hadisə Liqa 1-in VIII turunda “Lion”la səfər qarşılaşmasında baş verib. Meydan sahiblərinin 2:0 hesabı ilə qalib gəldiyi görüşün 25-ci dəqiqəsində sağ ayağından zədələnən Amuma yerini komanda yoldaşı Ussama Tannaneyə vermişdi.
Həkim müayinəsindən keçən təcrübəli hücumçunun zədəsinin ciddi olduğu məlum olub. Həkimlər 29 yaşlı oyunçunun 6 həftə yaşıl meydanlardan uzaq qalacağını açıqlayıb. Yəni forvard ən yaxşı halda noyabrın ortalarında məşqçilər korpusunun ixtiyarında olacaq. Bu isə o deməkdi ki, Amuma Avroliqanın qrup mərhələsinin qarşıdakı iki turunda “Qəbələ”yə qarşı keçiriləcək hər iki matçı buraxacaq.
Qeyd edək ki, “Qəbələ” ilə “Sent-Etyen” arasında oyunlar oktyabrın 20-də və noyabrın 3-də baş tutacaq.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı