[b]“Neftçi” axtardığını tapdı[/b]
28.01.2017 - 21:16
[b]“Neftçi” axtardığını tapdı[/b]

“Neftçi” heyətini yeni oyunçu ilə gücləndirib. Bu barədə apasport.az saytına klubun mətbuat xidmətinin rəhbəri Mehman Rəsulov açıqlama verib.

 

Klub rəsmisi bildirib ki, “ağ-qaralar” fransız hücumçu Huqo Barqası transfer edib.

 

Argentina vətəndaşlığı da daşıyan oyunçu ilə 1 illik müqavilə imzalanıb.

 

Karyerasına Argentinanın “Oll Boys” klubunda başlayan 30 yaşlı oyunçu 10 illik futbolçu həyatı boyunca 9 komandada forma geyinib.

 

Hollandiyada “Qraafşap”, İspaniyada “Ximnastik”də çıxış etmiş hücumçunun karyerasındakı ən uğurlu vaxtları Boliviyada “Bluminq”də keçib. O, bu komandanın heyətində 2012/13 mövsümündə 35 matçda 15, 2015/16 mövsümündə isə 28 oyunda 16 qol vurub.

 

Qeyd edək ki, Barqasın son komandası Boliviyanın “Bolivar” klubu olub.