Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Azərbaycan kubokunun final matçında baş verənlərlə bağlı qərarlar verilib.
“Qəbələ”ylə oyunda 5 futbolçusu sarı vərəqə ilə cəzalanan “Keşlə” 800 manat cərimələnib. Qarşılaşmanın 88-ci dəqiqəsində aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alan “Qəbələ”nin futbolçusu İlqar Qurbanov 2 oyun cəzalanıb, klubu 1600 manat cəriməyə məruz qalıb.
“Qəbələ”ni azarkeşləri də ziyana salıb. 55-ci dəqiqədə pirotexniki vasitələrdən istifadə edildiyinə görə 800, 90+3-cü dəqiqədə meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub.
- "Son rəqs" üçün Argentinaya gəldi – Messi milliyə vida edir
- Ronaldonun millidəki taleyinə aydınlıq gəldi: “Məşqçi istədiyi müddətdə...”
- “Üzümə bir söz deyə bilmirlər” – Hacıosmanoğlu susqunluğunu pozdu
- Serdal Adalı yenidən “Beşiktaş” prezidenti seçilib
- Bu günün futbol matçları – Hansı oyun hansı kanalda?