“Anderlext” 2 dəqiqə dözə bilmədi
28.08.2016 - 22:47
“Anderlext” 2 dəqiqə dözə bilmədi

Belçika çempionatında V turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, UEFA Avropa Liqasının qrup mərhələsində “Qəbələ”nin rəqiblərindən biri olan “Anderlext” evdə “Gent”lə qarşılaşıb.

 

“Bənövşəyilər” matçın son dəqiqələrinədək hesabda öndə olsa da, oyuna əlavə olunmuş 3-cü dəqiqədə buraxdığı qolla 1 xalla kifayətlənməli olub.

 

Qeyd edək ki, hazırda hesabında 9 xal olan “Anderlext” 4-cü pillədə qərarlaşıb.

 

Belçika çempionatı

V tur

28 avqust

 

“Anderlext” – “Gent” – 2:2

Qollar: Tilemans, 19. Teodorçik, 47 - Simon, 21, Asare, 90+2