“Anderlext” öz meydanında məğlub oldu
26.09.2016 - 00:18
Belçika çempionatında 8-ci tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, Avropa Liqasında “Qəbələ”nin rəqibi olan “Anderlext” öz meydanında “Vesterlo” ilə qarşılaşıb.
Ölkənin ən titullu klubu ev matçında 1:2 hesabı ilə uduzub. Belə ki, Sofian Hanni 83-cü dəqiqədə hesabı bərabərləşdirsə də, qonaqlar yenidən önə keçə bilib.
Qeyd edək ki, 8 oyundan sonra hesabında 15 xalı olan “Anderlext” 2-ci pillədə qərarlaşıb.
0
0