“Atletiko” xorvatiyalı futbolçu aldı
05.07.2016 - 21:32
Madridin “Atletiko” klubu heyətini yeni oyunçu ilə gücləndirib. Apasport.az-ın məlumatına görə, bu barədə klub saytı xəbər yayıb.
Paytaxt təmsilçisi “Sassuolo”nun futbolçusu Şime Vrsalkonu transfer edib. Xorvatiya millisi ilə birlikdə Avropa çempionatında çıxış etmiş 24 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
Rəsmi açıqlama olmasa da, yerli mətbuatda gedən xəbərlərdə müdafiəçi üçün qarşı tərəfə 15 milyon avro ödənəcəyi bildirilib.
0
0