“Atletiko”nun hücumçusu “Milan”la ilkin razılığa gəldi
27.12.2014 - 20:54
“Atletiko”nun hücumçusu “Milan”la ilkin razılığa gəldi

“Atletiko”nun hücumçusu Alessio Çerçi karyerasını vətəni İtaliyada davam etdirəcək. Apasport.az saytının məlumatına görə, 27 yaşlı futbolçu yanvardan etibarən, “Milan”ın formasını geyinəcək.

 

Artıq Çerçi A seriyası təmsilçisi ilə ilkin razılığa gəlib. Alessionun keçidi baş tutsa, milanlıların digər hücumçusu Fernando Torres komandadan gedəcək.

 

İtaliyada “transfer pəncərəsi” yalnız yanvarın 5-də açılır. Buna görə də rəsmi müqavilə məhz həmin tarixdə gerçəkləşəcək.

 

Qeyd edək ki, daha əvvəl italyan mətbuatı bildirib ki, Çerçi “Milan”a keçmək istəmir, çünki “İnter” ona yaxından maraq göstərirdi.

0