“Azərbaycan Premyer Liqası “Parma”nın dəyəri qədər də ola bilməz”
11.10.2014 - 23:01
“Azərbaycan Premyer Liqası “Parma”nın dəyəri qədər də ola bilməz”

İtaliya yığması Palermoda AVRO-2016-nın seçmə mərhələsində milli komandamızı 2:1 hesabı ilə məğlub etdikdən sonra yerli jurnalistlər maraqlı açıqlamaları ilə diqqət çəkib. Apasport.az saytının məlumatına görə, tanınmış jurnalist Mario Skonkerti Azərbaycan Premyer Liqasını “Parma” klubu ilə müqayisə edib.

 

Həmkarımız “Skuadra Adzurra”nın qələbəsini təhlil edərkən bunları deyib: “Biz güclü komandaya qarşı oynamadıq. Lakin biz daha yaxşı mübarizə aparmaq üçün cəhd etdik. Azərbaycan Premyer Liqası “Parma”nın dəyəri qədər də ola bilməz. Hətta bizim aşağı liqalarda çıxış edən klublarımızı da şamil etmək olar”.

0