[b]“Azərbaycan millisi 11 futbolçu ilə müdafiə olunur”[/b]
13.10.2014 - 12:58
[b]“Azərbaycan millisi  11 futbolçu ilə müdafiə olunur”[/b]

Xorvatiya mətbuatı 2016-cı il Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində bu gün millimizlə keçiriləcək oyunla bağlı yazı hazırlayıb. Apasport.az xəbər verir ki, Azərbaycan yığmasını təhlil edən həmkarlarımız Berti Foqtsun komandasının o qədər də təhlükəli rəqib olmadığı qənaətindədirlər.

 

Qeyd olunur ki, Azərbaycan yığması yalnız müdafiə olunmağı bilir: “Azərbaycan millisinin heyəti əsasən yerli çempionatda oynayan futbolçulardan ibarətdi. Xarici çempionatlarda oynayan legionerləri çox azdı. Ən bahalı futbolçusu isə Cihan Özkaradı. O, Türkiyənin “Sivasspor” klubunda oynayır. Heyətdə ondan başqa elə də bahalı futbolçu yoxdu. Xorvatiya millisi ilə müqayisədə zəif heyətə malikdirlər”.

 

Xorvatiyalı həmkarlarımızın fikrincə, Azərbaycan millisi bütün komanda ilə müdafiə olunduğu üçün böyük hesablı məğlubiyyətlərə düçar olmur: “11 futbolçu ilə müdafiə olunurlar. Hücumda aktiv deyillər. Xorvatiya millisi də bu rəqibi böyük hesabla məğlub edə bilməyəcək. İtaliya ilə görüşdə Azərbaycan yığması bütün komanda ilə müdafiə olunduğu üçün darmadağın olmadı. Öz meydanlarında oynamaqlarına baxmayaraq, onlar Bolqarıstanla matçda da ancaq müdafiə olunmuşdular”

 

Qeyd edək ki, Xorvatiya – Azərbaycan matçı bu gün Bakı vaxtilə saat 23:45-də Osiyek şəhərində keçiriləcək. 

0