“Azərbaycan çempionatının səviyyəsi layiqlidi”
20.05.2015 - 08:19
“Azərbaycan çempionatının səviyyəsi layiqlidi”

“Ölkə xaricinə yollanacaq futbolçularımızın sayı ilə bağlı deyə bilərəm ki, belələri çox olmayacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri ukraynalı FİFA agenti Anton Astafyev deyib.

 

Vətənində müsahibə verən menecer Ukrayna Premyer Liqasında çıxış edən oyunçuların yay “transfer pəncərəsi”ndəki perspektivlərindən danışıb. Oyunçuların ölkə xaricinə çıxmasından da danışan Astafyev Azərbaycan variantı ilə bağlı da fikirlərini açıqlayıb: “Daha doğrusu, onların çox az olacaq. Hara getsinlər ki? Azərbaycan və ya Qazaxıstana? Orada indi çempionatın səviyyəsi layiqlidi. Çempionatımızın heç də hər futbolçusu bu ölkələrdə müqavilə imzalaya bilməz. Əlbəttə ki, Ukraynanın top klublarının oyunçuları bu ora getməz. Çünki bu futbolçulara burada da yaxşıdı. Həm də ki, “Dnepr”, “Dinamo” və “Şaxtyor”un səviyyəsini onların klubları ilə müqayisə etmək olmaz”.