“Azərbaycanda Ronaldonu görmək üçün ağlayırlar”
03.04.2015 - 08:45
“Azərbaycanda Ronaldonu görmək üçün ağlayırlar”

“Biz Albaniya və Azərbaycan kimi ölkələrə gedəndə, maraqlı mənzərə ilə qarşılaşırıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Portuqaliya millisinin yarımmüdafiəçisi Tiaqo Mendeş deyib.

 

İspaniya mətbuatına danışan “Atletiko”nun futbolçusu yığmada komanda yoldaşı Kriştianu Ronaldonun ünvanına tərif yağdırıb.

 

O, bəzi ölkələrdə Ronaldo ilə şəkil çəkdirmək üçün insanların növbəyə durduqlarını bildirib: “Adlarını çəkdiyim ölkələrin hava limanında insanların Ronaldonu görmək üçün necə ağladıqlarını görürük. O, çox böyük futbolçudu. Şübhəsiz ki, millimizin lideri və ən yaxşısıdı. Meydandan kənarda da gülərüz, zarafatcıl insandı. Ronaldo ilə yaxşı dostluğumuz var”.

 

Qeyd edək ki, Portuqaliya millisi heyətində Kriştianu Ronaldo olduğu vaxtlarda 2 dəfə Azərbaycana səfər edib. “Real”ın “qol maşını” bunların birində meydana çıxıb.