“Azərbaycanı tərk edib, Portuqaliya klubuna keçməyim onunla bağlıdı ki, bu ölkənin çempionatı dünyanın ən yaxşılarından biridi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Portuqaliyanın “Nasional” klubunun futbolçusu Nelson Bonilla deyib.
Ötən mövsüm “Zirə”də çıxış edib, Topaz Premyer Liqasının ən yaxşı bombardirləri siyahısında 2-ci olan salvadorlu hücumçu yeni klubunda da uğur qazanmaq iddiasındadı: “Azərbaycanda bombardirlik bacarığımı göstərə bilmişdim. Ümid edirəm ki, həmin uğuru Portuqaliyada da təkrarlayacam. Bunu bacarmaq mənim üçün çox önəmlidi. Çünki mənə inanıb, etimad göstərənlərə yanılmadıqlarını sübut etməliyəm”.