“Azərbaycanla matçda buraxdığımız səhvləri təkrarlamamalıyıq”
10.06.2015 - 10:40
“Azərbaycanla matçda buraxdığımız səhvləri təkrarlamamalıyıq”

“Danimarka ilə oyun öncəsi qüvvəmizi sınadığımız Azərbaycanla yoxlama görüşünün nəticəsi yaxşı oldu. Lakin oyun planında qarşılaşmanı istədiyimiz səviyyədə keçirmədik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Serbiya yığmasının futbolçusu Radoslav Petroviç deyib.

 

26 yaşlı yarımmüdafiəçi Avro-2016-nın seçmə mərhələsinin Danimarka ilə səfərdə keçiriləcək qarşılaşması haqda fikirlərini açıqlayıb. O, iyunun 7-də Azərbaycanla Avstriyada keçirilən yoxlama oyunundan lazımi nəticələr çıxarmağın vacibliyini qeyd edib: “İndi bütün konsentrasiyamızı Danimarka ilə görüşə yönəltmişik. Azərbaycanla matçda buraxdığımız səhvləri Kopenhagendə təkrarlamamalıyıq. Kompakt oyun nümayiş etdirib, lazım olan nəticəni qazanmalıyıq. İndi elə vəziyyətə düşmüşük ki, geriyə yolumuz yoxdu”.

 

Qeyd edək ki, Serbiya yığması millimizlə qarşılaşmada 4:1 hesabı ilə qalib gəlib.