I Divizionda 20-ci tura start verilib. Apasport.az Peşəkar Futbol Liqasının (PFL) saytına istinadən xəbər verir ki, bu gün 4 oyun keçirilib.
“Bakı” öz meydanında “Ağsu” ilə bacarmayıb. “Şahdağ” səfərdə “Mil-Muğan”a tək qolla qalib gəldiyi halda, MOİK “Bakılı”nı böyük hesabla üstələyib.
“Göyəzən”lə “Zaqatala”nın qarşılaşmasında isə heç-heçə qeydə alınıb.
I Divizion
XX tur
“Bakılı” – MOİK – 1:5
Qollar: Samir Mirzəli, 76 - Pərvin Paşayev, 44; 72; Ramil Orucov, 66; Əli Əliyev, 82; Fərid Kərimzadə, 85 (pen.)
“Göyəzən” - “Zaqatala” – 1:1
Qollar: Anar Hümbətov, 22 - Oruc Balaşlı, 90+3
“Bakı” - “Ağsu” 2:3
Qollar: Müşfiq İlyasov, 34; Kamil Nurəhmədov, 90+3 - Elnur Səmədov, 71; Nurlan İsbəndiyarov, 76; Samir Musayev, 90+2
“Mil-Muğan” - “Şahdağ” 0:1
Qol: Sərxan Ağayev, 90