Futbol üzrə Azərbaycan milli komandası Bakı Olimpiya stadionunda ev oyunlarını keçirə bilər. Bu barədə Lent.az-a gənclər və idman naziri Azad Rəhimov məlumat verib.
Onun sözlərinə görə, yığmamızın 2016-cı il Avropa çempionatının seçmə qrup mərhələsindəki rəqiblərini tikilməkdə olan arenada keçirməsində problem yoxdur. Nazir təkcə millimizin deyil, klublarımızın da bu stadiondan yararlanmasının mümkünlüyünü vurğulayıb: “Niyə də yox? Klublarımız da ev oyunlarını o stadionda keçirə bilərlər. Bu, futbol meydanıdır. Təkcə yığmaya yox, klublara da xidmət etməlidir”.
Qeyd edək ki, Bakı Olimpiya stadionunun 2015-ci ilin əvvəllərinədək istifadəyə verilməsi planlaşdırılır. Bu arenada ilk böyük tədbir gələn il iyunun 12-də I Avropa Oyunlarının açılış mərasimi olacaq.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”